Mətbuat və İnformasiya şöbəsinin müdiri, jurnalistika fakültəsi Beynəlxalq jurnalistika kafedrasının müəllimi Pərvanə İbrahimova jurnalistika ixtisasında "Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında ( 1988-2005)" mövzusunda dissertasiya müdafiə etdi. Dissertasiya iclası BDU-nun yeni tədris binasının akt zalında keçirildi. Dissertasiya şurasının sədri Qulu Məhərrəmli tədbiri açıq elan etdikdən sonra elmi katib fəlsəfə elmləri doktoru Vüqar Əliyev elmi şura üzvlərini və iştirakçıları dissertantın tərcümeyi-halı ilə tanış etdi. Sonra söz dissertanta verildi. Pərvanə İbrahimova dissertasiya haqqında ətraflı məlumat verdi, eyni zamanda tədbir iştirakçılarına dissertasiyanı slayd şəklində təqdim etdi. Sonra dissertanta suallar verildi. Rəyçilər tarix elmləri üzrə doktor Pərvin Darabadinin və siyasi elmlər üzrə doktor Aydın Mirzəzadənin rəyləri dinlənildi. Bundan əlavə avtoreferata beş rəyçi münasibət bildirmişdi. Daha sonra jurnalistika fakültəsinin dekanı professor Yalçın Əlizadə, elmi şuranın sədri Qulu Məhərrəmli, şuranın üzvü Cahangir Məmmədli, kafedra müdirləri Həmid Vəliyev, Şamil Vəliyev, dekan müavini Sevinc Əliyeva, filologiya elmləri doktoru Alxan Məmmədov, professor Vaqif Arzumanlı, Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Qurban Məmmədov çıxış etdilər. Mövzunun aktuallığından, əhəmiyyətindən, gələcəkdə bu sahədə tədqiqat aparanlar üçün faydalı material olduğundan danışdılar. Sonda elmi şuranın qərarına əsasən Pərvanə İbrahimova siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi aldı.
![]() |
|
Fotoreportaj: Ercan Qızılbuğa jurnalistika fakültəsi, IIkurs tələbəsi |
|