Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Əliyev Vüqar Zifər oğlu “Əməkdar Jurnalist”, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Rüstəmov Akif Rüstəm oğlu və Milli mətbuat tarixi kafedrasını dosenti Mehdiyev Məhəmmədismayıl Əşrəf oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Təbrik edir, uğurlar arzulayırıq!