Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu oktyabr ayının 26-28-də Polşa Respublikasının paytaxtı Varşava şəhərində keçirilən VII Beynəlxalq Prometey Konfransında iştirak edib. Varşava Universitetin təşkilatçılığı ilə reallaşan, ABŞ, Polşa, Ukrayna, Qazaxıstan və digər dövlətlərin tanınmış elm xadimlərinin təmsil olunduğu konfransda Azərbaycanlı tədqiqatçı-alim “Qafqaz mühacirlərinin mətbuat orqanları” mövzusunda məruzə ilə çıxış edib. Hazırda həmin məruzə Varşava Universitetində nəşr edilən “Novıy Promete” (“Yeni Prometey”) jurnalında çap olunur. Qeyd edək ki, Nəsiman Yaqublu “Yeni prometey” jurnalının redaksiya heyətinin üzvüdür.