Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin rəhbərliyi professor Nəsir İmanquliyevin məzarını ziyarət edib

22/12/2021

Azərbaycanın tanınmış ictimai xadimi və publisisti, əməkdar jurnalist, professor Nəsir İmanquliyevin anadan olmasının 110 ili tamam olur. 87 illik ömrünün 70 ilini kütləvi informasiya vasitələrinin quruculuğu işinə həsr edən ustadın milli-mənəvi dəyərlərimizin inkişafına, elm və mədəniyyətin yüksəlişinə verdiyi töhfələr misilsizdir.

Bu gün Jurnalistika fakültəsinin rəhbərliyi ustadın məzarını ziyarət edib, onun haqqında ürək sözlərini bölüşüblər.

Qeyd edək ki, BDU Jurnalistika fakültəsinin təşkilatçılığı ilə 28 dekabr 2021-ci ildə professor Nəsir İmanquliyevin anadan olmasının 110 illiyinə həsr edilmiş “Azərbaycan mediası bu gün: problemlər və perspektivlər” mövzusunda elmi konfrans keçiriləcəkdir.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009