Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin Tədris Metodiki Şurasının iclası keçirilib

08/12/2015

Jurnalistika fakültəsinin Tədris Metodiki Şurasının iclası keçirilib. İclasa rəhbərlik edən fakültənin dekanı prof. Şamil Vəliyev iştirakçıları giriş sözü ilə salamlayıb. Fakültə Tədris Metodiki Şurasının sədri prof. Cahangir Məmmədli Şuranın 2014-2015-ci il hesabatını məruzə edib. Hesabatda Metodiki Şuranın illik fəaliyyəti, dəyişiklik və yeniliklərindən danışılıb. Hesabat-Müzakirədə aşağıdakı məsələlər qeyd olunub:
gənc kadrların tədrisə cəlb olunması;
müəllim və tələbələrin dərslə bağlı meyarların qiymətləndirmək üçün açıq dərslərin təşkili;
müəllimlərin qiymətləndirilməsinə nəzarətin gücləndirirlməsi;
ədəbiyyat siyahılarının, elmi məqalələrin və.s. yenidən nəzərdən keçirilməsi;
elmi fəaliyyətin genişləndirilməsi;
Vətənə, xalqa məhəbbət, eyni zamanda vətəndaşlıq prinsipinin tələbələrə aşılanması;
sonuncu kursda deyil, bütün kurs müddətində tələbələrin praktiki əlaqələrinin qrulmasına tam dəstək və istehsalat təcrübəsinin formalaşdırılması;
müəllimlərin praktiki bacarığının yoxlanılması;
tələbələrin təcrübi və praktiki biliklərinin artırılması üçün Tələbə-TV studiyasının yenidən qrulması;
yeni yaradılan studiyanın imkanlarının artılıması və canlı efirdə yayımın təşkili üçün təkliflərin hazırlanması;
İTV-nin dəstəyi ilə fakültədə növbəti studiyanın yaradılmasının nəzərdə tutan layihənin hazırlanması;
mütəxəssislərin, jurnalist və publisistlərin auditoriyalarda müzakirələrinin təşkili;
seminar-imtahan ballarında yaranan uyğunsuzluğun müəyyən edilməsi, kəskin fərqin aradan qaldırılması üçün monitorinqlərin təşkil olunması;
magistr proqramlarının, müdafiə dissertasiyaların plagiatlardan təmizlənməsi;
tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin aktivləşdirilməsi və s.
Beynəlxalq jurnalistika kafedrasının müdiri, prof.Həmid Vəliyev çıxış edərək qabiliyyət imtahanın yenidən nəzərdən keçirilməsini təklif etdi.
Televiziya və radio jurnalistikası kafedrasının müəllimi, prof. Qulu Məhərrəmli çıxış edərək bildirdi ki, debat və praktikanın tədris yükü artırılmalı, ekstrimal situasiyalarda jurnalistika fəaliyyətinin peşəkar təşkil olunması üçün tədris proqramında əks olunmalıdır. Tələbələr təbliğat,piyar,reklam və.s kimi təlimlərə cəlb edilməlidir. Texnoloji yenilikləri nəzərə alaraq jurnalistika faskültəsinin adının Jurnalistika və kommunikasiya adlandırılmasının zərururi olduğunu qeyd etdi.
Metodiki Şuranın üzvü dos.Sevil Həsənova Şuranın fəaliyyətindən danışdı.
Bakı Bövlət Universiteti Tədris Metodiki Şurasının üzvü prof.Vaqif müəllim çıxış edərək bildirdi ki, şişirdilmiş seminar qiymətlərinin qarşısı alınması üçün mütəmmadi monitorinqlər təşkil olunmalı, açıq dərslərdə müəllimlərin qiymətləndirilməsi meyarı və 100 ballıq qiymətləndirmə metodu tətbiq edilməlidir. Tədrisdə yeni proqramların tətbiqi davamlı da olmalıdır.
Sonda jurnalistika Metodiki Şurasının hesabatı səsvermə ilə qənaətbəxş hesab edildi

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009