Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin Tələbə Həmkarlar Təşkilatının təşkilatşılığı ilə “Gənclər zərərli vərdişlərə qarşı” mövzusunda tədbir keçirilib

02/12/2015

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi Jurnalistika fakültəsinin Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Ümumidünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar “Gənclər zərərli vərdişlərə qarşı” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BDU THİK-in sədr müavini Eltac Cəbiyev universitetdə bu tip mövzularda keçirilən tədbir və layihələr haqqında məlumatlandırıb, BDU tələbələrini zərərli vərdişlərdən uzaq durmağa çağırıb. Qızıl Aypara Cəmiyyətinin Yasamal rayon təşkilatının sədri Şahin Hüseynov zərərli vərdişlərdən və xəstəliklərdən qorunmanın yolları haqqında məlumat verib. O, eyni zamanda Qızıl Aypara Cəmiyyətinin bu mövzularda təşkil etdiyi beynəlxalq tədbirlər haqqında məlumatları tələbələrin nəzərinə çatdırıb. Gənc araşdırmaçı Nuran Gündüzoğlunun slaydlı təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb. BDU Jurnalistika fakültəsinin əməkdaşı Mübariz Göyüşlü Azərbaycanda QİÇS-ə, digər zərərli vərdişlərə qarşı mübarizə haqqında danışıb. Çıxışçı gəncləri bu xəstəliklərə və zərərli vərdişlərə qarşı həm əyani şəkildə, həm də virtual aləmdə birgə mübarizə aparmağa, təbliğat etməyə çağırıb. O, eyni zamanda tələbələri siqaret və digər zərərli vərdişlər əleyhinə universitetdə aktiv kampaniya təşkil etməyi təklif edib. M.Göyüşlünün təklifi tələbələr və həmkarlar təşkilatı tərəfindən dəstəklənib.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009