Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində (“SOCAR Tower”) “SOCAR Media”nın təşəbbüsü ilə Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar keçirilib. Seminarda Azərbaycanda fəaliyyət göstərən informasiya agentlikləri və media qurumlarının əməkdaşları, energetika sahəsində çalışan jurnalistlər, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri, eləcə də SOCAR-ın müxtəlif strukturlarında çalışan mətbuat üzrə mütəxəsislər, ümumilikdə 100-ə yaxın jurnalist iştirak edib.
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov seminarın məqsədlərindən danışıb, tanınmış jurnalistlər və beynəlxalq ekspertlər Svenya O’Donnel, Ceyms Qavin, Lourens Dor, Caylz Braunu tədbir iştirakçılarına təqdim edib. Sonra iştirakçılara seminarda dinləniləcək məruzələr, müzakirə olunacaq mövzular haqqında məlumat verilib.
Neft-qaz sahəsi və Yaxın Şərq məsələləri üzrə ixtisaslaşmış jurnalist C.Qavin “Neft-qaz mövzusunda reportajların hazırlanması” adlı təqdimatla, iqtisadi-siyasi mövzularda işləyən jurnalist S.O’Donnell yalan xəbərlərlə mübarizədə medianın rolu və geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanması mövzusunda, “Social360”-da onlayn media monitorinq proqramlarına rəhbərlik etmiş C.Braun ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması mövzusunda, “M&S plc”də maliyyə və korporativ PR üzrə direktor vəzifəsini icra etmiş L.Dor isə şirkətlər ilə müsbət əlaqələr yaratmağın və neqativ əlaqələrdən yayınmağın yolları haqqında çıxışlar ediblər.
Hər bir seminarın sonunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
![]() |
![]() |
![]() |
![]() |