Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin tələbələri “Aqrar ixtisaslaşmış Jurnalistlər” layihəsində iştirak edirlər

20/02/2019

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aqrar ixtisaslaşmış Jurnalistlər” adlı layihəyə start verilib. Məlumat üçün bildiririk ki, Respublikamızda aqrar sahənin müasir texnologiyaların tətbiqi hesabına intensiv əsaslarla inkişaf etdirilməsi hazırda prioritet vəzifələrdən biri kimi müəyyən edilib və fermerlərin təsərrüfat fəaliyyətlərini müasir metodlarla həyata keçirmələri, yeni texnika və texnologiyalardan daha geniş istifadə etmələri üçün onların sistemli şəkildə maarifləndirilməsinə  ehtiyac yaranıb.

20 fevral 2019-cu il tarixində “Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin açılış mərasimində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov, Aqrar İnkişaf Könüllülərinin rəhbəri Sarvan Cəbrayılzadə, Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi Nigar Xıdırova çıxış edərək iştirakçılara layihənin mahiyyəti, görüləcək işlər barədə məlumat veriblər.

Qeyd edək ki, layihə çərçivəsində namizədlər arasından seçilmiş gənclər 10 gün ərzində Kənd Təsərrüfatı Nazirliyinin Bakı, Gəncə, Samux və Şəmkirdə yerləşən ixtisaslaşmış müəssisələrində olacaq, nazirliyin mütəxəssislərinin rəhbərliyi ilə praktiki araşdırma və təlimlərdə iştirak edəcəklər.

Layihənin həyata keçirilməsində məqsəd gənclərin rəqəmsal mediaya marağının artırılması, aqrar sahədə olan ehtiyacların müəyyən edilməsi, gələcəyin media nümayəndələri arasında aqrar sahə üzrə ixtisaslaşmaya dəstək olmaqdır. Layihəyə Aqrar İnkişaf Könüllüləri Hərəkatında təmsil olunan gənclər, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələr və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri cəlb olunublar.

Təlimlərdə aqrar siyasət, torpaqdan səmərəli istifadə, aqrar məşğulluq və kənd təsərrüfatı layihələrinin kreditləşdirilməsi, kənd təsərrüfatına dövlət dəstəyi, heyvandarlıq və bitkiçilikdə intensiv metodların tətbiqi mövzuları üzrə mühazirələr oxunacaq.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009