Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin tələbələri buraxılış işlərini müdafiə ediblər

19/06/2019

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib. Müdafiə şurasının sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı giriş sözü ilə çıxış edərək diplomçulara uğurlar arzulayıb.

Daha sonra Məmmədova Gülnarə “Sənədli filmlərdə mövzu seçiminin həlli yolları”, Nuriyev Azad “Azərbaycan mədəniyyəti xarici mətbuatda (ingilisdilli mətbuat nümunələri əsasında. 2015-2018-ci illər)”, Əli Azərli Aytən “Azərbaycan Avropa İttifaqı münasibətləri kütləvi informasiya vasitələrində”, Həsənova Sevda ““525-ci qəzet”in tələbə-jurnalistlərinin püxtələşməsində rolu”, Rüstəmli Comərd “Xarici mətbuatda və Azərbaycanda data jurnalistikanın inkişafı”mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər. Tələbələr diplom işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.

Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev  təqdim edilən işlər haqqında müsbət fikirlər səsləndirib, buraxılış işlərinin mövzu dairələrinin daha da genişləndirilməsi  istiqamətində bir sıra təkliflər irəli sürüb.

Qeyd edək ki, "Füyuzat Mərkəzi"ndə təşkil olunmuş müdafiədə fakültə müəllimləri, o cümlədən Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Beynəlxalq Jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Nəsir Əhmədli, dekan müavinləri Aytəkin Zeynalova, Könül Niftəliyeva, dosent Vəfa İsgəndərova, müəllim Əli Hacıyev, buraxılış işləri üzrə elmi katib Günay Məmmədova və tələbələr də iştirak ediblər.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009