Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin tələbələri İlqar Fəhmi ilə görüşdə iştirak ediblər

18/12/2019

Dekabrın 17-də Jurnalistika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvləri Bakı Kitab Mərkəzində “Yüksəl” layihəsi çərçivəsində şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi ilə görüşdə iştirak ediblər. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Günel Rzayeva qonaqları salamlayıb və layihənin mahiyyəti barədə geniş məlumat verib. Yazıçı bədii yaradıcılıq nümunələrinin, kinossenarilərin hazırlanması, ictimaiyyətə təqdim edilməsi haqqında maraqlı təqdimat edib. Eyni zamanda natiqlə tələbələr arasında uğurlu əsər ərsəyə gətirməklə bağlı fikir mübadiləsi aparılıb. Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, tədbirə BDU-nun Filologiya fakültəsinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də qatılıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009