Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin tələbələri növbəti buraxılış işlərini müdafiə ediblər

14/06/2017

 

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin növbəti müdafiəsi keçirilib. Müdafiə şurasının sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının iştirak etdiyi müdafiədə giriş sözü ilə çıxış edən Jurnalistika fakültəsinin dekan əvəzi, dosent Vüqar Əliyev  diplomçulara uğurlar arzulayıb.

Daha sonra Nurlan Salamov “Türkiyədə 15 iyul hərbi çevrilişi cəhdi və Azərbaycan KİV-i (15.07.2016-mart-2017-ci illər)”, Firuzə Hüseynova  “Rusiyada türk xalqlarının etnojurnalistikasının inkişafı”, Nigar Məmmədova “Beynəlxalq humanitar hüquq və jurnalistika: tarixi təcrübə və müasirlik”, Səbinə İsmayılova “Müsahibə çağdaş jurnalistikanın aparıcı formatları sırasında”, Türkan Babayeva “Основное принципы профессионализма в он-лайн журналистике”, Rəvanə Səmədova “Azərbaycanın efir məkanında milli azlıqların həyatının işıqlandırılması xüsusiyyətləri” mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər. Tələbələr diplom işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.

Müdafiə şurasının sədri Akif Aşırlı təqdim edilən işlər haqqında müsbət fikirlər səsləndirib, buraxılış işlərinin mövzu dairələrinin daha da genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürüb.

Qeyd edək ki, müdafiədə fakültə müəllimləri, o cümlədən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Sosial məsələlər üzrə dekan müavini, s.e.ü.f.d. Aytəkin Zeynalova, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, BDU Mətbuat xidmətinin rəhbəri dosent Pərvanə İbrahimova, Beynəlxalq Jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Nəsir Əhmədli, buraxılış işləri üzrə elmi katib Günay Məmmədova və tələbələr də iştirak ediblər.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009