Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində buraxılış işi müdafiəsinin yekun mərhələsi keçirilib

24/06/2019

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin sonuncu müdafiəsi keçirilib. Diplomçulara uğurlar arzulayan müdafiə şurasının sədri, tanınmış jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı məzunların uğurlu işlər ərsəyə gətirdiyini xüsusi vurğulayıb, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra 5 diplomçu “Bloggerlik vətəndaş jurnalistikasının yeni formatı kimi”, “Marketinq, neyromarketinq və media”, “Humanitar hüquq və silahlı münaqişələrin “Washington Post” və “Daily Telegraph” qəzetlərində işıqlandırılması problemi”, “TV-də tematik verilişlərin strukturu(siyasət, sosium, kriminal)”, “Bakı Dövlət Universitetinin 100 illik yubileyi mətbuat səhifələrində” mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər. Tələbələr diplom işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.

Qeyd edək ki, “Füyuzat Mərkəzi”ndə təşkil olunmuş müdafiədə fakültə müəllimləri, o cümlədən Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Beynəlxalq Jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, professorlar Nəsir Əhmədli, Nəsiman Yaqublu, dekan müavinləri Aytəkin Zeynalova, Könül Niftəliyeva, dosentlər Aynur Nəsirova, Vəfa İsgəndərova, müəllim Əli Hacıyev, buraxılış işləri üzrə elmi katib Günay Məmmədova və tələbələr də iştirak ediblər.

Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu diplom işlərinin müdafiəsində “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının iştirakını, təklif və tövsiyələrini yüksək qiymətləndirib, müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009