Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin tələbələri sertifikatla təltif olunublar

01/11/2018

“Report” İnformasiya Agentliyinin “Media Məktəbi”ndə hazırlıq keçən gənc jurnalistlərin ikinci buraxılışı olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Dilqəmli Nicat Paşa oğlu və Həsənova Aləmdə Elman qızı “Media Məktəbi”nin sertifikatları ilə təltif olunublar.

Tələbələr bu ilin  sentyabr-oktyabr aylarında “Media Məktəbi”ndə nəzəri biliklərindən istifadə edərək jurnalistikanın müxtəlif janrlarında yazılar hazırlayıblar.

Qeyd edək ki, "Media Məktəbi"nin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaqdır. Məktəbdə tədrisin ən yeni üsulları tətbiq edilib, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsinə önəm verilib, bu istiqamətində addımlar atılıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009