"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Azərbaycan universitetlərinin tələbələri arasında Vətən müharibəsində qazanılmış müqəddəs qələbəmizin 1-ci ildönümünə həsr olunmuş "Vətənim Azərbaycandır" adlı esse müsabiqəsinin nəticələri açıqlanıb.
Bakı Ali Neft Məktəbində keçirilən tədbirdə qaliblər diplom və mükafatlarla təltif ediliblər. Müsabiqədə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi Sevinc İbrahimzadə birinci yerin qalibi olub. Fakültənin 2-ci kurs tələbələri Fidan Məmmədli və Nəzrin Gəncəliyeva isə həvəsləndirici mükafata layiq görülüblər.
Tələbələrimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.