Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Jurnalistika fakültəsinin IV kurs tələbəsi Hacıbaba Mustafayev AzTV-də efirə gedən "Gəncsən" verilişində iştirak edib. Buraxılışın müzakirə mövzusu cənab Prezident İlham Əliyevin keçirdiyi son mətbuat konfransı olub. Jurnalistika fakültəsinin tələbəsi İslam Qədirlinin aparıcısı olduğu verilişdə H.Mustafayev mövzu ilə əlaqədar fikirlərini bölüşüb.