Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin tələbəsi müsabiqədə qalib olub

22/12/2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və ABB-nin sponsorluğu ilə 4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramı yekunlaşıb.

Proqramda İKT, elektron xidmətlər və rəqəmsal həllər sahəsində öz biliklərini artırmaq istəyən jurnalistlər, media nümayəndələri, həmçinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Nübar Kərimova da iştirak edib.

#Yeniliklərikəşfet devizi altında 24-28 oktyabr tarixində keçirilən “Rəqəmsal Jurnalistikaya doğru” proqramı 2 mərhələdən ibarət olub. Birinci mərhələdə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçirilib.  Proqramın ikinci mərhələsində isə təlimləri uğurla bitirmiş iştirakçılar arasında yazı müsabiqəsi mərhələsi baş tutub.

Təlimi uğurla bitirənlərdən biri Jurnalistika fakültəsinin tələbəsi  Nübar Kərimova  müsabiqədə 3-cü yerin qalibi və  500 manat pul mükafatının sahibi  olub.



Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009