Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Jurnalistika” ictimai-siyasi humanitar elmlər seriyasının növbəti nömrəsi dərc olunub

10/02/2020

BDU-nun Jurnalistika fakültəsində “Jurnalistika” elmi-nəzəri və təcrübi metodiki jurnalının növbəti nömrəsi dərc olunub. İldə 2 dəfə dərc olunan, ictimaiyyət üçün açıq olan resenziyalı, elmin kompleks problemləri, humanitar və ictimai siyasi, sosial sahələrini əhatə edən elmi-tədqiqat jurnalında indiyədək dərc olunmayan, orijinallığı, yeniliyi və aktuallığı, ciddi elmi arqumentasiyası, qabaqcıl nəzəri və praktiki əhəmiyyəti ilə diqqəti cəlb edən elmi məqalələr dərc edilir. Jurnalın əsas məqsədi elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət qurmaqdır.

“Jurnalistika” elmi-nəzəri və təcrübi metodiki jurnal məzmununa görə elmi-tədqiqat nəşr kimi fəaliyyət göstərir. Jurnal əsasən Azərbaycan, Rus , İngilis və Türk dillərində elmi məqalələri dərc edir. Azərbaycan elminin beynəlxalq icti-maiyyətə çatdırılması, yerli alimlərlə müxtəlif ölkələrin alimləri arasında elmi kommunikasiyaların yaradılması nəşrin qarşıya qoyduğu başlıca vəzifələrdəndir. Jurnalda hakimli rəy sistemindən istifadə olunaraq, məqalələr ən azı 2 dəfə yoxlanıldıqdan sonra dərc üçün təsdiqlənir. Akademik və professorlarla yanaşı elmin müxtəlif sahələrində tədqiqat aparan gənc aspirant və doktorantlar, tədqiqatçılar da jurnalda məqalə çap etdirə bilərlər.

Jurnalın elektron variantını bu linkdən əldə etmək mümkündür: “Jurnalistika” ictimai-siyasi humanitar elmlər seriyası.



Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009