Tələbələr arasında düzgün yazı qaydaları ilə bağlı yaşanan problemləri nəzərə alaraq, Jurnalistika fakültəsi Tələbə Elmi Cəmiyyətinin xətti ilə “Akademik yazı qaydaları” təlimləri başlayıb. 5 dərsdən ibarət olacaq təlimlər Beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudova aparacaq. Seminar həftədə bir dəfə keçiriləcək. Fakültənin seçilmiş tələbələrindən ibarət TEC üzvləri üçün elmi əsərlərin yazılma qaydaları, mərhələləri aşılanacaq və praktik məşğələlər aparılacaq.
Növbəti tədris ilində isə akademik yazı qaydalarını tədris etmək üçün AMEA-dan və xarici universitetlərdən mütəxəssislərin dəvət olunması nəzərdə tutulur.
![]() |
![]() |