Beynəlxalq jurnalistika kafedrasının müəllimi İlham Mazanlı və dissertantı Aytəkin Zeynalovanın həmmüəllifliyi ilə "Jurnalistika və müasir dövrün qlobal problemləri " tədris metodik vəsaiti nəşr olunub. Kitab Jurnalistika fakültəsinin müəllimləri və tələbələri üçün nəzərdə tutulub. Metodik vəsaitdə qlobal problemlərin araşdırılması , həlli, ən əsası KİV-in bu prosesdə iştirakı məsələləri müzakirə olunur.