Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Jurnalistika və sosiologiya” adlı dərs vəsaiti nəşr olunub

13/09/2019

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dosenti Zaur Babayevin Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmovla birgə “Jurnalistika və sosiologiya” adlı dərs vəsaiti nəşr olunub.

Dərs vəsaiti jurnalistika ixtisası üzrə Jurnalistika sosiologiyasının kompleks tədqiqini araşdırır. Müəlliflər metodologiyanın, jurnalistika sosiologiyası tarixinin suallarını, elmi fənlərdən istifadəni redaksiya kollektivi işinin təşkilində və ayrı-ayrı müxbirlərin təcrübəsində sosioloji jurnalistikanın özünəməxsusluğunu öyrənir. Materialın şərhi prosesində sosioloji, nəzəri jurnalistikada əldə olunan yeni nailiyyətlər əsasında və KİV-in fəaliyyəti dairəsində həmçinin bu fənnin yerli və xarici ali məktəblərdə necə tədris olunmasını aydınlaşdırır.

Qeyd edək ki, dərs vəsaiti yalnız jurnalistika fakültəsində deyil, həmçinin sosilogiya və cəmiyyətlə əlaqədə olan bakalavr, magistr pilləsində təhsil alanların istifadəsi üçün nəzərdə tutulub. Kitabın elmi redaktrou Beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədli, rəyçiləri dosentlər Vahid Ömərov və Azər Mustafayevdir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009