Access Bank və “British Council” məmnuniyyətlə jurnalistlər üçün nəzərdə tutulmuş xüsusi təlim proqramını elan edir.
Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) professional bilik və səriştənin artırılmasında kömək etməkdir.
2012-ci ilin sentyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 25 iştirakçı seçiləcəkdir. Təlimlər zamanı ən fəal iştirakçıların Birləşmiş Krallığın Kardiff və London şəhərinə təlim-tədris səfəri nəzərdə tutulmuşdur. Səfər zamanı tanınmış qəzet və jurnal, BBC, CNN, Reuters eləcə də digər media müəssisələrində qabaqcıl jurnalistlərlə görüşlər təşkil olunacaqdır.
Proqram əsasən jurnalistlərin aşağıdaki bilik və səriştələrini artırmağı nəzərdə tutur:
Təlim aşağıdaki mövzuları əhatə edəcəkdir:
- İqtisadiyyat jurnalistikası
- Biznes jurnalistikası
- Etika qaydaları, məlumatın balanslı və doğru çatdırılması
Seçiləcək iştirakçılardan tələb olunanlar:
a) 3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla)
b) Təlim məqsədilə Böyük Britaniyaya 4-5 günlük səfər
Qeyd: İştirakçıların bütün təlim kurslarında iştirak etməsi zəruridir!
Marağı olan şəxslər ərizə formasını yükləməlidirlər. Doldurulmuş ərizə formaları və esse-lər 2012-ci il 18 may tarixindən gec olmayaraq [email protected]elektron poçt ünvanına göndərilməlidirlər.
Uyğun namizədlər musahibəyə dəvət olunacaqlar.
Əlavə məlumat üçün əlaqə saxlayın:
Dilarə İbrahimova
Proqramlar üzrə menecer
British Council Azərbaycan
T: 4971593; 4972013 F: 4989236
British Council bərabər imkanlar siyasətinin tərəfdarıdır və müxtəlifliyi təbliğ edir.