Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistlər üçün yeni müsabiqə elan edildi

07/02/2012


Azərbaycan Respublikası Prezidenti yanında Küt­ləvi  İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şura­sı­nın növbəti iclası ke­çi­ril­­ib.

İclasda bir məsələ - Novruz bayramı münasi­bətilə Fondun növbəti fərdi jurnalist yazıları müsa­bi­qəsinin mövzuları müzakirə edilib. Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqə mövzularının seçilməsini Müşahidə Şurası üzvlərinə təklif edib. Sonra Müşa­hidə Şurasının üzvləri müsabiqə mövzularını geniş müzakirə diblər. 

Müzakirələrin yekunu kimi Kütləvi İnfor­ma­siya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə 30 mövzu müəyyənləşdirilib və səsvermə yolu ilə təsdiq edilib.

Yazıların qəbulu  02 fevral 2012-ci il tarixində başlayır, 06 mart  2012-ci il tarixdə başa çatır  (06.03.2012 yazıları təqdim etmək üçün sonuncu tarixdir).

Hər istiqamət üzrə 3 qalib müəyyən ediləcək. 2 qalib yeri  respublika ərazisində yayılan qəzetlərin jurnalistləri üçündür, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub. Hər istiqamət üzrə maksimum 25 bal müəyyən olunur. 15-dən aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Müsabiqənin nəticələri  martın 20-dək elan olunacaq.

Müsabiqə elanı:

 

İstiqamətin adı

Təklif olunan mövzular

1.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

1)  Söz azadlığı və jurnalistlərin peşə davranışı normaları: xarici və yerli təcrübə

2)  Jurnalistlərin informasiya əldə etmək hüququnun qanunverici əsasları

3)  Kütləvi informasiya vasitələrində cəmiyyətin informasiya təhlükəsizliyinin qorunması

2.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

 

1) Xocalı soyqırımı – insanlığa və bəşəriyyətə qarşı cinayət

2) Qondarma “erməni soyqırımı” iddiaları tarixi saxtalaşdırmaq cəhdidir

3) Dağlıq Qarabağ həqiqətləri qlobal informasiya məkanında

3.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

1) İnkişafın Azərbaycan modeli: regionların sosial-iqtisadi inkişafı

2) Regionların tarixi məşğulluq ənənələri bərpa olunur (Konkret rayonun nümunəsi əsa­sında)

3) Azərbaycanda nəhəng infrastruktur layihələri regional inkişafa təkan verir

4.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mə­də­­­niy­yətinin təbliği

1) Novruz  milli birlik bayramıdır

2) Novruz ənənələri ümumbəşəri dəyərlər sistemində

3) Türkdilli xalqların Novruz ənənələri: oxşarlıqlar və fərqli cəhətlər


5.


Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

1) 2012-сi il “İdman ili”dir: fiziki və mənəvi kamilləşməyə aparan yol

2) Azərbaycan idmançıları beynəlxalq olimpiya hərəkatında

3) Azərbaycanı dünyada tanıdan xüsusi istedadlı gənclər



6.

İctimai və dövlət maraqlarının qorunması

1) İctimai maraqların təminatına yönəlmiş dövlət siyasəti: müasir Azərbaycan təcrübəsi

2) Azərbaycan 2020: gələcəyə baxış - məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir

3) Dövlət maraqlarının müdafiəsi və vətəndaş təəssübkeşliyi

7.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkə­ləri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdi­ril­məsi

1) 2011-ci il Azərbaycan xarici siyasətində tarixi nailiyyətlər ili oldu

2) Azərbaycan regionun və Avropanın mühüm enerji təminatçısıdır

3) Azərbaycan beynəlxalq təşkilatlarda milli maraqlarını uğurla təmin edir

8.

 

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

1) Azərbaycançılıq ideologiyası: tarixdən müasirliyə

2) Xaricdəki diaspor təşkilatlarımız Azərbaycanı necə tanıdır

3) Milli birlik və həmrəyliyə xidmət edən dövlət siyasəti

 

 

9.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu

1) İnsan hüquqlarının təminatı ali məqsəddir (27 dekabr 2011-ci il tarixli “İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı” əsasında)

2) Vətəndaş cəmiyyətinin inkişafında qeyri - hökumət təşkilatlarının  rolu

3) Ədalət mühakiməsinin səmərəli təşkilinə xidmət edən məhkəmə-hüquq isla­hatları

10.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

1) Azərbaycanda milli və dini tolerantlığın tarixi inkişaf mərhələləri

2) Azərbaycan  sivilizasiyalararası dialoq məkanıdır

3) Vicdan azadlığı və milli təhlükəsizlik maraqları

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009