Jurnalistika fakültəsi TEC-nin təşəbbüsü ilə fakültə daxilində “Kitab qurdu” adlı klub yaradılıb. Kluba fakültənin ədəbiyyata və mütaliəyə həvəsi olan istedadlı tələbələri üzv olub. İlk olaraq azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas və tərcüməçi Abdulla Şaiqin “Tələbə həyatı” əsəri müzakirəyə qoyulub.
Tədbirdə fakültə dekanı Vüqar Əliyev giriş sözü ilə ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. TEC-nin rəhbəri Vəfa İsgəndərova Abdulla Şaiqin “Tələbə həyatı” pyesini müstəqilliymizə, Bakı Dövlət Universitetinin qurulmasına həsr etməsi haqqında məlumat verib. Fakültə tələbələri əsərdə olan obrazlar haqqında fikir mübadiləsi aparıblar. Eyni zamanda əsərdə cəmiyyətə verilən əsas mesaj ətraflı müzakirə olunub. Əsərdə əsas obrazlar olan darülfunun tələbəsi Saleh, onun maarifpərvər dayısı Cəmil bəy əsl ziyalılıq nümunəsidir. Əks cəbhədə olan Hacı Mürsəl, onun xanımı Gövhərin və Cəmilin savadsız qrup yoldaşları müəllimlik sənətinə həqarətlə baxır, elm və mədəniyyətdən uzaq fikirlər söyləyirlər. Müzakirədə dekan müavini Aytəkin Zeynalova, "Jurnalistika" ETL-in elmi işçiləri Günel Orucəliyeva və Güney Fridunbəyli də iştirak ediblər.
![]() |
![]() |
![]() |
![]() |