Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Klassik Azərbaycan mətbuatında siyasi mübarizənin əsas prinsipləri adlı elmi seminar

19/12/2022

Mili mətbuat tarixi kafedrasının doktorantı Elmira Həsənovanın  “Klassik Azərbaycan mətbuatında siyasi mübarizənin əsas prinsipləri“  mövzusunda  elmi seminarı keçirilib.

Giriş sözü ilə çıxış edən kafedra müdiri professor Cahangir Məmmədli doktorantın özü və elmi işi ilə bağlı seminar iştirakçılarını məlumatlandırıb.

E.Həsənova “Klassik Azərbaycan mətbuatında siyasi mübarizənin əsas prinsipləri” mövzusu ilə çıxış edib. O, sovet hakimiyyəti illərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, kütləvi qırğın və zorakılıqların ciddi narahatlıq doğurduğunu qeyd edib. XX əsrin əvvəllərində Azərbaycanda demokratik yönlü mətbuat orqanlarından - "Kaspi", "Şərqi-Rus", "Həyat", "İrşad", "Füyuzat", "Molla Nəsrəddin", "İqbal", "Açıq söz", "Azərbaycan" və s. qəzet və jurnallar ölkədə baş verən hadisələri, cəmiyyətdə gedən milli azadlıq proseslərini daha obyektiv və real şəkildə əks etdirdiyini vurğulayıb.

Məruzəçi Azərbaycanın mütərəqqi fikirli ziyalılarının çarizmin mətbuata verdiyi güzəştlərdən yararlanaraq xalqın tərəqqisində mühüm rol oynayan sosial azadlıq məsələsinin də  tez-tez gündəmə gətirildiyini diqqətə çatdırıb.

Seminarda Milli mətbuat tarixi kafedrasının müdiri prof.Cahangir Məmmədli, prof. Nəsiman Yaqublu, dosentlər Sima Rəhimova, Qərənfil Quliyeva, Aygün Əzimova, müəllimlərdən Samir Mirzəyev, Ruxsarə Məmmədova, Afaq Ağayarova iştirak ediblər.

Çıxış edənlər məruzəçinin mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək, elmi  işlərində uğurlar arzulayıblar.

Elmi seminar mövzu ilə bağlı maraq doğuran sualların cavablandırılması ilə yekunlaşıb.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009