Jurnalistika fakültəsində 6 ixtisaslaşma üzrə təhsil alan II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirələri keçirilib. Radiotelejurnalistika, Televiziya və radio yayımları menecmenti, Beynəlxalq jurnalistika, Jurnalistikanın nəzəriyyəsi, Publisistik jurnalistika, Mətbuat tarixi ixtisaslaşmalarında dissertasiya işləri müvafiq kafedralarda müzakirə olunub, rəhbər və rəyçilər çıxış edərək öz irad və təkliflərini bildiriblər.
Sonda söz alan magistrantlar göstərilən qeydlərin üzərində bir daha işləyib, tədqiqatlarını təkmilləşdirəcəklərini diqqətə çatdırıblar.