Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Mark Tven jurnalist kimi” kitabı işıq üzü görüb

13/06/2014








Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin “Mark Tven jurnalist kimi” kitabı işıq üzü görüb.

Görkəmli ABŞ yazıçısı və jurnalisti Mark Tvenin jurnalistlik fəaliyyətindən bəhs edilən bu kitabda, onun jurnalistikaya dair bir neçə əsərinin ana dilimizə tərcüməsi təqdim edilir.

Kitab universitetlərin jurnalistika və filologiya fakültələri, həmçinin humanitar fakültələrin jurnalistika şöbələrinin tələbələri, magist, dissertant və doktorantları, xarici ölkələrin jurnalistikası tarixini tədris edən müəllimlər, habelə dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.

Kitabın elmi redaktoru filologiya elmləri namizədi, BDU jurnalistika fakültəsi elmi-tədqiqat labaratoriyasının müdiri, dosent Vüqar Əliyevdir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009