Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

"Müasir Azərbaycanın inkişafında gənclərin rolu" mövzusunda seminar keçirilib

07/04/2018

Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı və Elm və Təhsil Departamentinin təşkilatçılığı ilə "Müasir  Azərbaycanın inkişafında gənclərin rolu" mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Elm və Təhsil Departamentinin sədri Arzu Habilzadə qonaqları salamlayaraq, seminar barədə məlumat verib.
ADU-nun Filologiya və jurnalistika fakültəsinin dekanı, dosent Vüsalə Ağabəyli, BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev və İctimai Televiziyanın "Açıq dərs" verilişinin aparıcısı Orxan Cabbarlının iştirakı ilə keçirilən tədbirdə qonaqlar Azərbaycan gənclərinin inkişaf səviyyəsindən, gənclərin cəmiyyətdə tutduğu mövqedən, onların baş verən ictimai hadisələrə operativ reaksiya verə bilmə imkanlarıdan bəhs ediblər. Dekan, dosent Vüqar Əliyev, eyni zamanda, gəncləri sosial medianın imkanlarından daha aktiv istifadə etməyə və Qarabağ həqiqətlərinin yayılmasında fəal olmağa səsləyib.
Seminar qonaqlarla tələbələr arasında qarşılıqlı diskussiya şəraitində davam edib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009