Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi, dosent Zaur Babayevin yeni dərs vəsaiti çapdan çıxıb. “Medianın ənənəvi prinsipləri və internet jurnalistika” adlı metodiki vəsaitdə müəllifin Azərbaycan və rus dillərində məqalələri toplanıb. “Tural nəşr” nəşriyyatında çap olunan kitabın elmi redaktoru BDU-nun beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədli, rəyçiləri isə “Novosti Azərbaydjana” informasiya agentliyinin baş direktoru Gülnarə Məmmədzadə və BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi Akif Babayevdir.
Qeyd edək ki, metodik vəsait tələbə- jurnalistlərin konkret sahə ilə bağlı biliklərini artırmaları üçün mənbə hesab edilə bilər.