Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı və saathesabı müəllimi Nurşərəf Tağıyevanın “Mesencerlərin informasiya mübadiləsindəki rolu” mövzusunda elmi seminarı keçirilib.
Giriş sözü ilə çıxış edən elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva doktorantı təqdim edib, elmi seminarın mövzusu ilə bağlı iştirakçıları məlumatlandırıb.
“Mesencerlərin informasiya mübadiləsindəki rolu” mövzusunda çıxış edən N.Tağıyeva bildirib ki, müasir dövrdə mesencerlər informasiya mübadiləsində yaxından iştirak etdiyi üçün mövzu aktualdır. Xüsusilə də, dünya mediasında gedən yeni trendlər sırasında olan mesencerlərin mediaya təsirinin müxtəlif aspektləri, o cümlədən, jurnalistin işinin təşkilinə kömək edən texniki vasitə olması, reklam vasitəsi olması onun müsbət xüsusiyyətləri kimi qeyd olunub. Bununla yanaşı, mesencerlərin dezinformasiyaların çoxalmasına şərait yaratması onun mənfi xüsusiyyətləri sırasında göstərilib.
Seminarda Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, kafedranın müəllimləri Sabir Məmmədli, Həmid Vəliyev, Aytəkin Zeynalova, Nigar Ağayeva, Günel Heydərova, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin əməkdaşı Məleykə Rzayeva da iştirak ediblər.
Məruzədən sonra çıxış edənlər məruzəçinin mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək, elmi işlərində uğurlar arzulayıblar.
Elmi seminarda müəllimlərin və tələbələrin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.