Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Meydanın başladığı gün” adlı tədbir keçirilib

28/11/2018

BDU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi və Jurnalistika fakültəsinin dəstəyi ilə “Meydanın başladığı gün” adlı tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan  BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Daşqın Qənbərov qonaqları salamlayıb və tədbirin təşkilatçılarına uğur arzu edib. D.Qənbərov qeyd edib ki, tədbirin keçirilməsində məqsəd gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində aparılan işlərə töhfə vermək olduğunu bildirib.

Layihənin rəhbəri, BDU Jurnalistika fakültəsinin birinci kurs tələbəsi Elcan Məmmədov çıxış edərək, tədbirin ərsəyə gəlməsində böyük əməyi olan Tələbə Həmkarlar Təşkilatına, Universitet rəhbərliyinə və iştirak edən tələbələrə təşəkkürünü bildirib.

Daha sonra tədbirin bədii hissəsi universitet tələbələrinin səhnələşdirdiyi tamaşanın nümayişi ilə davam edib. Tamaşanın ssenari müəllifi Jurnalistika fakültəsinin birinci kurs tələbəsi Elcan Məmmədov və quruluşçu rejissoru Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi Türkan Məmmədova tamaşanın Azərbaycan xalqının tarix boyu azadlığı və müstəqilliyi uğrunda canından keçən qəhrəmanlarımıza həsr edildiyini vurğulayıblar. Tamaşa auditoriya tərəfindən xüsusi maraqla qarşılanıb.

Qeyd edək ki, tədbirdə qonaq qismində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramiz Rövşən və “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı da iştirak edib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009