Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Mirşahin Agayev gənc həmkarları ilə təcrübəsini bölüşüb

08/05/2015

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist, əməkdar jurnalist Mirşahin Ağayev Bakı Dövlət Universitetində “Tələbədən tələbəyə” layihəsinin qonağı olub. O, tələbələrin suallarını cavablandırıb və təcrübəsini bölüşüb.

Görüşdə Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, professor Şirməmməd Hüseynov, İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli və jurnalistika fakültəsinin müəllim və  tələbələri iştirak ediblər.

“Tələbədən tələbəyə” layihəsi BDU-nun jurnalistika fakültəsinin tələbələri tərəfindən həyata keçirilir. Layihə ərzində təcrübəsi olan yuxarı kurs tələbələri öz biliklərini aşağı kurslarla bölüşürlər.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009