Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Əməkdar jurnalist Elnarə Dərziyeva Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

07/05/2019

Əməkdar jurnalist Elnarə Dərziyeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. Qonaq tələbələrlə öz təcrübəsini bölüşüb, xəbər buraxılışının hazırlanmasında diqqət yetirilməli olan məqamlardan, redaktə prosesi, müasir jurnalistikanın yeni yaradıcılıq keyfiyyətləri kimi məslələrdən bəhs edib. 20 ildən artıqdır ki, jurnalistika sahəsində fəaliyyət göstərən Elnarə Dərziyeva eyni zamanda sosial və kriminal jurnalistika ilə bağlı təcrübəsini bölüşüb, kriminal jurnalistikanın təhlükəli olması ilə yanaşı, maraqlı, faydalı tərəflərindən də bəhs edib.

Qonaq tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıblar.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009