Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Xalid Niyazovun BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan dekan dosent Vüqar Əliyev qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, X.Niyazovun yeni nəşr edilmiş “Dövlət informasiya siyasəti (KİV timsalında)” adlı kitabı barədə qısa məlumat verib.
Daha sonra Xalid Niyazov tələbələrlə fikirlərini bölüşüb, günümüzdə media dünyası, informasiya siyasəti, dövlət, cəmiyyət və media münasibətləri, müasir jurnalistikanın yeni yaradıcılıq keyfiyyətləri kimi məslələrdən bəhs edib və tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Tədbirin sonunda Xalid Niyazov müəllifi olduğu “Dövlət İnformasiya Siyasəti (KİV timsalında)” kitabını tələbələrə hədiyyə edib. Qeyd edək ki, kitabın elmi redaktoru Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, elmi məsləhətçiləri AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev və Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu, rəyçiləri Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev və Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovdur.