Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində “Məmməd Əmin Rəsulzadə publisistikası” mövzusunda açıq dərs keçirilib

15/05/2018

Jurnalistika fakültəsində Jurnalistikanın mətbuat tarixi və ideoloji iş metodları kafedrasının təşkilatçılığı ilə fakültənin ikinci kurs, ingilis bölməsinin “Azərbaycan mətbuatı tarixi” dərsində “Məmməd Əmin Rəsulzadə publisistikası” mövzusunda açıq dərs keçirilib. Fakültənin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə kafedranın saathesabı müəllimi Afaq Ağayarovanın rəhbərliyi ilə tələbələr yeddi fərdi təqdimatla – “M.Ə.Rəsulzadənin həyat və yaradıcılığı”, “M.Ə.Rəsulzadə publisistikasında söz və fikir azadlığı”, “M.Ə.Rəsulzadə və “Açıq söz” qəzeti”, “M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu kimi”, “M.Ə.Rəsulzadənin mühacirət dövründəki fəaliyyəti”, “M.Ə.Rəsulzadənin nəşr olunmuş kitabları”, “M.Ə.Rəsulzadə tədqiqatlarda” adlı mövzularla çıxış ediblər.

Tələbələrin fərdi işi təqdim etmə bacarıqları, eyni zamanda Azərbaycanda Xalq Cümhuriyyətinin yarandığı və fəaliyyət göstərdiyi tarixi şərait, Cümhuriyyətin milli dövlətçilik tariximizdə xidmətləri, AXC dövründə həyatın müxtəlif sferalarında görülən işlər kimi mövzular açıq dərsdə müzakirə olunub. Tələbələr öz biliklərini həm nəzəri, həm də praktiki cəhətdən tətbiq edərək mövzunu ətraflı şəkildə təhlil ediblər.

Dərsin təşkili və tələbələrin araşdırma qabiliyyətləri isə açıq dərsdə iştirak edən fakültə Metodiki-şurasının sədri,  professor Cahangir Məmmədli, dekan müavini Könül Niftəliyeva, dosentlər Sima Rəhimova, Aygün Əzimova və  digər müəllimlər tərəfindən müsbət qarşılanıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009