Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Modern.az saytının baş redaktoru tələbələrə sosial mediadan danışıb

25/10/2017

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 4-cü kurs tələbələri ilə görüşüb.

Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev dəvəti qəbul etdiyinə və Sosial media fənnindən mühazirəyə razılıq verdiyinə görə Modern.az saytının baş redaktoru Elşad Eyvazlıya təşəkkür edib.

Baş redaktor sosial media, onun ənənəvi media ilə fərqi, sosial şəbəkələr, onların mənfi və müsbət cəhətləri, müəssisə PR-menlərinin sosial şəbəkələrdən istifadəsi kimi məsələlərə toxunub. Eyni zamanda, Modern.az saytının yaradıcısı kimi fəaliyyətindən, saytın iş prinsiplərindən danışıb, tələbələrin fikir və təkliflərini dinləyib, onları maraqlandıran çoxsaylı suallara cavab verib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009