Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

"M.Ə.Rəsulzadə Əsərləri" kitabının IV cildi nəşr olunub

01/02/2013

"M.Ə.Rəsulzadə. Əsərləri" kitabının IV cildi nəşr olunub."  Kitaba Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasına başçılıq etmiş, XX yüzilliyin görkəmli ictimai-siyasi və dövlət xadimlərindən olan  M.Ə.Rəsulzadənin 1917-ci ilin yanvar- 1918-cı ilin aprelinə qədərki dövrdə  qələmə aldığı yazıları, qurultay, yığıncaq və mitinqlərdəki nitq və çıxışlarının, məruzələrinin mətbuatda dərc olunmuş mətnləri daxil edilmişdir.

Kitabın araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni , ön sözün müəllifi, lüğətin tərtibçisi Mətbuat tarixi kafedrasının müəllimi, filologiya elmləri doktoru, professor Şirməmməd Hüseynovdur.

Transliterasiya redaktorları prof. Şamil Əliyev, elmi işçi Samir Mirzəyev, kitabın texniki redaktoru filologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Əzimovadır.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009