" M.Ə.Rəsulzadə. Əsərləri " kitabının III cildi nəşr olunub. Kitaba Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasına başçılıq etmiş, XX yüzilliyin görkəmli ictimai-siyasi və dövlət xadimlərindən olan istedadlı jurnalist M.Ə.Rəsulzadənin 1915-1916-cı illərdə qələmə aldığı, dövri mətbuatda dərc olunmuş 200-ə yaxın əsəri daxil edilmişdir.
Kitabın araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni , ön sözün müəllifi, lüğətin tərtibçisi Mətbuat tarixi kafedrasının müəllimi, filologiya elmləri doktoru, professor Şirməmməd Hüseynovdur.
Transliterasiya redaktorları prof. Şamil Əliyev, elmi işçi Samir Mirzəyev, kitabı nəşrə hazırlayan filologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Əzimovadır.
Kitab prof. Ş. Hüseynovun təqaüdü hesabına nəşr olunmuşdur.