Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Müstəqilliyin Bərpası Günü”nün 30-cu ildönümü qeyd olunub

18/10/2021

Jurnalistika fakültəsində “Müstəqilliyin Bərpası Günü”nün 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan dekan müavini Samir Mirzəyev hər kəsi əlamətdar gün münasibəti ilə təbrik edib, Şanlı günün tarixi ilə bağlı tələbələri məlumatlandırıb. O, əlamətdar günün adının dəyişdirilməsindən və Vətən müharibəsində qazandığımız qələbədən sonra daha ehtişamlı göründüyünü  diqqətə çatdırıb.

Daha sonra fakültənin birinci kurs tələbələrinin hazırladıqları “Müstəqilliyimiz əbədidir”,  “Heydər Əliyev və müstəqil Azərbaycan”, “1918-ci il Azərbaycan Xalq Cumhuriyyəti”, “44 günlük Vətən müharibəsi”, “20 Yanvar faciəsi” mövzularında çıxışlar  dinlənilib.

Tarix müəllimi Xumar Səfərovanın təşkilatçılığı ilə keçirilən tədbir maraqlı diskussiyaların aparılması ilə yekunlaşıb.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009