Verilişin ilk qonağı olan Milli Məclisin deputatı, politoloq Arzu Nağıyev Azərbaycan silahlı qüvvələrinin düşmən üzərindəki qələbələri, dövlət-ordu-xalq birliyi, informasiya terroru kimi məsələlərə aydınlıq gətirib. A.Nağıyev gəncləri oxumağa, öyrənməyə, sosial şəbəkələrdə Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yönələn yalan, böhtan kampaniyaları ilə aktiv mübarizəyə səsləyib.