Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Mətbuat tarixçisi Jurnalistika fakültəsində olub

13/05/2019

Mayın 13-də Azərbaycan mühacir mətbuat tarixinin tanınmış tədqiqatçısı Ramin Məmmədov Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin qonağı olub. O, Mətbuat tarixi kafedrasının dosenti Qərənfil Dünyaminqızının tədris etdiyi “Azərbaycan mətbuat tarixi” dərsində tələbələrə mühazirə oxuyub. Ramin Məmmədovun “Vətən həsrətilə  keçirdiyim yollar”, “Yaddaşımızın izilə”, “Qəbələ: insanlar, talelər, ziyalılar”, “Bakıdan Moskvaya”, “Neftin işığında-Lökbatanda”, “Bakıdan Moskvaya və uzaqlara”, “Səfərnamə-Puteşestvye” adlı  kitabları nəşr olunub. Görüş zamanı müəllifin son kitabı olan “Rusiyada Azərbaycan mühacirət mətbuatı” kitabı ətrafında maraqlı diskussiya təşkil edilib.Tədqiqatçı-alim gənc-jurnalistlərə  mühacir mətbuatımızın Rusiya dövrünün tanınmış simaları haqqında məlumat verib.

Tələbələrin çoxsaylı suallarını cavablandıran qonaq onlara kitablarını hədiyyə edib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009