Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşovun BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü keçirilib. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedarsının müdiri, professor Cahangir Məmmədli qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edərək Mətbuat Şurası ilə əməkdaşlıq məsələləri, o cümlədən birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə edib.
Əflatun Amaşov təmsil etdiyi qurum ilə Jurnalistika fakültəsi arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edərək yeni layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib. O, informasiya vasitələrinin bugünkü durumunu, tarix və müasirlik prizmasından jurnalistlərin mövqeyini və vəzifələrini dəyərləndirib. Sonda qonaq tələbələrlə fikir mübadiləsi aparıb və onların sualları cavablandırılıb.