Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Multimedia Mərkəzində “Yeni media: kadr təminatı və peşəkarlıq” mövzusunda Konfrans keçiriləcək

07/12/2011

Multimedia Mərkəzi bildirir ki,  22 noyabr tarixdə Beynəlxalq Mətbuat Mərkəzində“Yeni media: kadr təminatı və peşəkarlıq” mövzusunda Konfrans keçiriləcək.

Konfransın keçirilməsində məqsəd ölkədə yeni media mütəxəssislərinin hazırlanmasına dəstək vermək, bu istiqamətdə  təhsil, biznes və İKT sektorunun birgə səylərini gücləndirməkdir.

Konfransda  İnternet media qurumları və Jurnalistika təhsili verən ali təhsil müəssisələri nümayəndələrinin,  yeni media texnologiyaları sahəsində çalışanların, dövlət qurumları  və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Konfransda “Yeni medianın mövcud durumu və peşəkarlıq”, “Jurnalistika təhsilində İnternet jurnalistikasının yeri” və “Sosial mediadan effektiv istifadə imkanları” mövzularında təqdimatlar  olacaq.

Konfransda yeni media sahəsində ölkədəki mövcud durum haqqında ümumi məlumatlar veriləcək. Media biznesi sektorunda yeni media texnologiyaları ilə bağlı vəziyyət ( yeni iş yerləri, yeni media mütəxəssisinə olan tələb-təklif münasibətləri, bilik və bacarıqlara verilən tələblər  və s.) ətrafında  müzakirə aparılacaq. 
Jurnalistika təhsili verən ali təhsil müəssisələrində yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi istiqamətində, bu fənnin seçmə yoxsa əsas fənn olaraq tədris olunması, yeni medianın gələcək tədris modelinin əsas  istiqamətləri haqqında peşəkar müzakirə təşkil olunacaq.

Konfransın yekununda  ölkədə peşəkar yeni media mütəxəssislərinin hazırlanması istiqamətində təkliflər və tövsiyələrin hazırlanması nəzərdə tutulur.

Konfrans Multimedia Mərkəzinin həyata keçirdiyi ”Yeni medianın  tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində keçirilir. Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009