BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru, filologiya elmləri doktoru Alxan Bayramoğlunun "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi oçerki" monoqrafiyası işıq üzü görüb. Kitabda milli ədəbi-ictimai fikrin qədim (İslam xilafətindən əvvəl) dövrdən 1930-cu illərə kimi olan dövrünün ədəbi şəxsiyyətləri, abidələri, düşüncə və yaradıcılıq istiqamətləri izlənilmiş, onlara münasibət bildirilib. Monoqrafiyanın "Sosrealizm: itkilərimiz, qazanclarımız" bölməsində isə sovet imperiyası dövrü milli ədəbi-mədəni düşüncə və yaradıcılıq məsələlərinə nəzər salınıb.
Kitab filoloq mütəxəsislər, doktorantlar, müəllim və tələbələr, həmçinin abituriyentlər üçün faydalıdır.