Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 layihəsi çərçivəsində treninqlərə start verilir

07/12/2011

Multimedi Mərkəzi Jurnalistlər üçün treninqlər təşkil edir. Treninqlər “İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində həyata keçirilir. Treninqlər İnformasiya Cəmiyyətinin formalaşması və onun xüsusiyyətlərini əks etdirən, Elelktron hökumət quruculuğu, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Treninqlər ölkədə İKT və media sahəsində tanınmış mütəxəssislər və ekspertlər tərəfindən aparılacaq. Treninqlərdə ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan tələbələr və bu sahədə çalışan gənc Jurnalistlər iştirak edə bilərlər. Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmaq tələb olunur. Treninqlərdə iştirak etmək istəyənlər  qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur. Treninq iştirakçılarına sertifikatlar veriləcək. Cəmi  5 Treninqin keçirilməsi nəzərdə tutulur.Treninqlər Amerika Azərbaycan Mərkəzində 15 dekabrdan 23 dekabra kimi 5 iş günü ərzində hər gün 4 saat olmaqla keçiriləcək. Ətraflı məlumat cit.az saytında yerləşdirilib.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009