Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Noyabr ayının əlamətdar günlərinə həsr olunmuş tədbir keçirilib

15/11/2021

Jurnalistika fakültəsində 8 noyabr-Zəfər günü, 9 noyabr-Bayraq günü, 12 noyabr-Konstitusiya günü və 17 noyabr-Dirçəliş günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri jurnalistika fakültəsinin 1-ci kurs tələbələri Hamar Quluzadə və Rafiq Yusifov açaraq, əlamətdar günlərlə bağlı əsas məqamları müəllim və tələbə heyətinin diqqətinə çatdırıblar. Daha sonra söz fakültənin dekan müavini Samir Xalidoğluya verilib. O, çıxış edərək adıçəkilən əlamətdar günlərin tarixi rolundan bəhs edib. Bu günlərin hər birinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyət daşıdığını bildirib.

Sonra aprel döyüşləri ilə bağlı maraqlı videoçarx nümayiş etdirilib və bu mövzuda fakültənin 1-ci kurs tələbəsi Şəhanə Tağıyeva geniş məruzə ilə çıxış edib. Fakültənin digər tələbələri - Nübar Allahverdiyeva “Tovuz döyüşləri”, Ülkər Hacıyeva “Şəhid general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev”, Maya Həsənova “44 günlük Vətən müharibəsində ölkəmizə dəstək olan dövlətlər”, Hamar Quluzadə və Raul Gülməmmədov “Şuşa zəfəri”, Rafiq Yusifov “Dövlət Bayrağımız”, Azər Hüseynov “Konstitusiya günü” mövzuları ilə çıxış ediblər.  Eyni zamanda tələbə Royal Əmrahov şəhidlərə həsr olunmuş qəzəli səsləndirib.

Sonda tarix müəllimi Xumar Səfərova tədbirdə iştirak edən müəllim və tələbə heyətinə təşəkkürünü  bildirib.
Təqdimatların nümayişi ilə keçirilən tədbir maraqlı diskussiya ilə yekunlaşıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009