Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 noyabr 2011-ci il tarixli sərəncamına əsasən Azərbaycanin tanınmış ictimai- siyasi xadimi və publisisti, əməkdar jurnalist, professor Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan jurnalistikası qloballaşma dövründə qaynaqlar və prespektivə baxış” adlı Respublika elmi-praktik konfransı keçiriləcək.
Bununla bağlı jurnalistika fakültəsində konfrans materiallarının toplandığı kitab nəşrə hazırlanir. Eyni zamanda, fakültənin dekanı, professor Yalçın Əlizadə tərəfindən Nəsir İnanquliyevin həyat və fəaliyyətini əks etdirən biblioqrafiya təryib olunur.