Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Nəsir İmanquliyevin 100 illiyi ərəfəsində yeni nəşrlər

20/12/2011

Azərbaycanın tanınmış ictimai- siyasi xadimi və publisisti, professor Nəsir İmanquliyevin 100 illik yubileyi ərəfəsində görkəmli jurnalistin biblioqrafiyası nəşr olunub. Kitabda Nəsir müəllimin həyat və fəaliyyətinin əsas mərhələləri, əsərlərinin biblioqrafiyası, haqqında yazılmış kitablar, xüsusi buraxılışlar və məqalələr, Nəsir İmanquliyevlə bağlı xatirələr öz əksini tapıb. Biblioqrafiyada BDU-nun rektoru, akademik Abel Məhərrəmovun "Ziyalılığın xalqa xidmət nümunəsi", jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadənin "Jurnalistikamızın "Uzaq səfərlər kapitanı" adlı məqalələri də dərc olunub.

Bundan başqa, Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş  Azərbaycan jurnalistikası qloballaşma dövründə :qaynaqlar və perspektivə baxış mövzusunda Respublika elmi-praktik konfrans materiallarının yer aldığı  kitab işıq üzü görüb.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009