Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

"Oxu, danış və qazan" layihəsi reallaşıb

18/05/2019

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin nəznində olan Kitab Klubu və Azərbaycan Yazıçılar Birliyinin nəznində olan Gənc Ədiblər Məktəbinin ortaq layihəsi olan "Oxu, danış və qazan" layihəsi reallaşıb.

Yazıçılar Birliyinin Natəvan klubunda baş tutan layihədə 40-dan çox gənc iştirak edib.

Yarışma formatında həyata keçirilən layihədə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs münsif qismində iştirak ediblər.

Yarışmada yüksək bal topladıqları üçün ilk beşliyə düşən Rəhman Mirzəlizadə, Kənan Novruzov, Kənan İsmayıl, Ulucay Akif və Nərminə Nəcəfova yerli və xarici yazarların kitabları ilə mükafatlandırılıblar. Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, bu tədbirin hər ay Yazıçılar Birliyində keçirilməsi nəzərdə tutulur.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009