Sevdiyin peşədə uğur qazanmaq, professional olmaq hər kəsin arzusudur. Elə Jurnalistika fakültəsi 4-cü kurs tələbəsi Səbinə Əliyeva da arzusuna bir addım daha yaxın oldu. Səkkiz ay öncə öz CV-ni “Go group Media” media şirkətinə göndərən Səbinə bu treninqlərdə gənc jurnalist kimi Azərbaycanı təmsil edib. Qeyd edək ki, Gürcüstandan, Azərbaycandan, Ermənistandan, Abxaziyadan və Osetiyadan olan gənc jurnalistlər Antaliya, Trabzon, İstambul, London və Tibilis kimi şəhərlərdə təşkil olunan təlimlərdə iştirak ediblər.
Tiblisdə keçirilən prezentasiyada Səbinə Əliyevanın Azərbaycan milli mətbəxi və karliklər ailəsi mövzusunda sənədli filmləri nümayiş olunub. Onun Azərbaycan gənclərinin maraqlarından, cəmiyyətdə fəal iştirakından bəhs edən “Toy hələdə təxirə qalır” və “Azərbaycan gəncləri” kimi məqalələri də maqaqla qarşılanıb. Layihə çərçivəsində iştirak edən gənc jurnalistlərə “Go group Mediya”-nın sertifikatı verilib.
Bənövşə Bayramova.
![]() |
![]() |