Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Politoloq Arzu Nağıyev tələbələrlə görüşüb

08/10/2019

Politoloq, “Trend” informasiya agentliyi baş direktorunun müavini Arzu Nağıyevin “Füyuzat” media mərkəzində tələbələrlə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu qonağı salamlayaraq görüşün keçirilmə məqsədi barədə məlumat verib.

Daha sonra politoloq Arzu Nağıyev “Trend” informasiya agentliyinin fəaliyyətindən söz açıb, ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə fikirlərini söyləyib. Qonaq tələbə-jurnalistləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə səsləyib. O, qeyd edib ki, dünyada baş verən dəyişikliklər nəticəsində yeni kommunikasiyalar əmələ gəlir, dövlətlərin güc nisbətləri dəyişir, bu da öz növbəsində yeni imkanlar və yeni risklər  yaradır.  Tələbələrə tarixə bağlı olmağı, ona sahib çıxmağı, maraqlarımızı qorumağı tövsiyə edən A.Nağıyev gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009